جنجاللی سئریالی محكوم ائدن فتوا*Cəncallı seriyali məhəkum edən fətva
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
«عمر بن خطاب» بیر تاریخی سئریالدیر كی 31 قیسمتده حاضیرلانیب و «امبیسی»دن یاییلیر. بو سئریال ایكینجی خلیفهنین یاشاییشین ریوایت ائلیر و اونون اورتا دوغودا پخش اولماسی مینلر نفرین اعتیراضینا باعیث اولوب. اعتیراض بونا خاطیردیر كی فیلیمده پیغمبرین و اونون اصحابینین نوماییش طرزی ایسلام قانونلارینین ضیدّینهدیر. بو سئریال عرب دونیاسینین ان بؤیوك تلویزیون محصولو ساییلیر. سئریالدا 30 مین نفردن آرتیق عادی جماعتین حضورو واردیر و فیلمین عامیللری 10 اؤلكهدن بیر یئره ییغیشیبلار و سئریالین 31 قیسمتی 300 گونده چكیلیب. سئریال رمضان آیی آنتئنه گئتدی و اورتا دوغودا بو فصلین ان چوخ باخیلان سئریالی ساییلیر. مصرین الازهر دانیشگاهی بو سئریالین علئهینه بیر فتوا وئریب و اوندا شخصیتلرین نوماییش طرزینی گوناه میصداقی ساییب. عربستانین دارالافتاءسی كی عربستانین رسمی فتوا مركزی ساییلیر هلهكی بو بارهده فتوا وئرمهییب. پیغمبر(ص) و آیری ایسلامی شخصیتلرین چؤهرهسینی نوماییش وئرمك قورآندا منع اولماسا دا ایسلام عالیملرینین چوخو بو ایشی جاییز بیلمیرلر. اورتا دوغودا مینلر نفر بو سئریالا اعتیراض ائدیبلر و اونون نوماییشینین دایاندیرلماسینی ایستهییبلر. سئریالی حاضیرلایانلار اؤزلریندن دیفاع ائدیب دئییبلر كی ایسلام روحانیلرین چوخو فیلمین ریوایت طرزینی تأیید ائدیبلر. ایشاره ائلهمك یاخشیدیر كی عربستاندا مذهبی فیلم دوزلدنده, اوّلده اونو الازهره گؤندهررلر تا او دانیشگاهین تأییدیندن سونرا آنتنه گئده آما بو فیلیمده بو ایش گؤرولمهییب. قراردی بو فیلیم تركیه شبكهلرینهده گئتسین.
Cəncallı seriyali məhəkum edən fətva «omər bin xəttab» bir tarixi seriyaldır kı 31 qismətdə hazırlanıb və «MBC»dən yayılır. Bu seriyal ikinci xəlifənin yaşayışın rəvayət elir və onun orta duğuda yayılması minlər nəfərin etirazına səbəb olub. etiraz buna xatirdir ki filimdə peyğəməbərin və onun əshabının numayiş tərzi islam qanunlarının ziddinədir. Bu seriyal ərəb dünyasının ən böyük televizya məhsulu sayılır. Seriyalda 30 min nəfərdən artıq adi camaatın hüzuru vardır və filmin amilləri 10 ölkədən bir yerə yığışıblar və seriyalın 31 qisməti 300 gündə çəkilib. Seriyal ramazan ayı antenə getdi və orta doğuda bu fəslin ən çox baxılan seriyali sayılır. Misrin ələzhər uneversitəti bu seriyalin əleyhinə bir fətva verib və onda şəxsiyyətlərin nümayiş tərzini günah musdaqı sayıb. Ərəbistanın darolefta’sı ki Ərəbistanın rəsmi fətva mərkəzi sayılır hələki bu barədə fətva verməyib. Peyğəmbər(s) və ayrı islami şəxsiyyətlərin çöhərəsini nümayış vermək quranda mən olmasa da islam alimlərinin çoxu bu işi cayiz bilmirlər. Orta duğuda minlər nəfər bu seriyala e’tiraz ediblər və onun nümayışinin dayandırılmasını istəyiblər. Seriyalı hazırlayanlar özlərindən müdafiə edib deyiblər ki islam ruhanilərin çoxu filmin rəvayt tərzini təyid ediblər. İşarə etmək yaxşıdır ki Ərəbistanda dini film düzəldəndə, əvvəldə onu ələzhərə göndərərlər ta o universitətin təyidindən sonra antenə gedə. amma bu filimdə bu iş görülməyib. Qərardı bu filim türkiyə kanallarında yayılsın. |