تبریزین گؤی مسجیدی آللاه قوناقلارین قبول ائدیر*Təbrizin göy məscidi allah qonaqların qəbul edir
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
ایسلام دونیاسینین فیروزهسینده ناماز قیلانلارین شكوهلی نوماییشیایله تبریزین گؤی مسجیدی آللاه قوناقلارین قبول ائلیر. جهانی میراث لیستینده ثبت اولموش تبریزین گؤی مسجیدی تعمیرینین بیر قیسمتی قورتولسا, بو مسجید فرهنگی و هونری دینی برنامهلر اینن قوناقلاری قبول ائلیهجك. گوندهلیك قیلینان ناهار نامازلاری بو مسجیدین ثابیت برنامهلریندندیر. تبریزین گؤی مسجیدی 870 هیجری قمری و 1465 میلادی ایلینده و قرهقویونلولارین ان قودرتلی پادیشاهی سولطان جهانشاه زمانی و اونون قیزی صالحه خانیمین امریایله دوزلیب و ایسلام دونیاسینین فیروزهسینه مشهور اولوب و تایسیز گؤزللیك و معمارلیغینا گؤره هر ایل چوخلو توریست, دونیانین هر طرفیندن اونو گؤرمگه گلیرلر.
Təbrizin göy məscidi allah qonaqların qəbul edir islam dünyasının firuzəsində namaz qılanların əzəmətli nümayişi ilə Təbrizin göy məscidi allah qonaqların qəbül elir. Dünya miras siyahısında qeyd olmuş təbrizin göy məscidi təmirinin bir qismi qurtulsa, bu məscid mədəni və inc sənət-dini layihələr ilə qonaqları qəbül edəcak. Gündəlik qılınan nahar namazları bu məscidin sabit layihələrindəndir. Təbrizin göy məscidi 870 hicəri qəməri və 1465 miladi ilində və qərə qoyunluların ən qüdrətli padişahı sultan cahanşah dövrü və onun qızı salihə xanımın əmri ilə düzəlib və islam dünyasının firüzəsinə məşəhur olub və taysız gözəllik və memarlığına görə hər il çoxlu turist, dünyanın hər tərəfindən onu görməyə gəlirlər. |