ناپلئونون بسمالله ایله باشلایان نامهسی*Napoleonun bismillah ilə başlayan naməsi
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
1789-جی ایلینده فرانسهنین ساواش گمیلری تولون بندریندن مصره طرف یولا دوشدو. بو گمیلر 5 مین سربازلا و ناپلئونون اؤز باشچیلیغ ایله گئجه اسكندریه بندرینه یئتیشیب و شهری فتح ائلهدی. ناپلئونون قصدی واریدی قاهرهنی فتح ائلیه؛ بونا گؤره قاهرهیه حمله ائلهمهمیشدن قاباق بیر اعلامیه یایدی تا مصر جماعتی اونون قاباغیندا موقاویمت ائلهمهسین. ناپلئونون اعلامیهسی بئلهدیر: «بسم الله الرحمن الرحیم، لاالله الا الله، محمد رسول الله. فرانسه میلّتینین آدینا كی اؤز بیناسینی آزادلیغا و برابرلیگه قویوب. قدیم زمانلاردان سیزین اؤلكهیه حكومت ائدن بیگلر, فرانسه میلّتین تحقیر ائدیب و اونلارین تاجیرلرینه شیكنجه وئریردیلر. ایندی الله رب العالمینین ایرادهسی بئلهدیر كی اونلارین سولطانلیغینا سون قویولا. من مصر ممالیكیندن چوخ آللاها و اونون رسولونا احتیرام قویورام. اونلارا دئیین كی آللاه محضرینده جماعت آراسیندا فرق یوخدور, مگر عقل و اینسان و اخلاقی كماللار و فضیلتلره گؤره . . . شئیخلر, قاضیلر و ایماملار جماعته ایطمینان وئرسینلر كی بیز واقعی موسلمانیق. مگر بیز دئییلدیك كی رم شهرینه گئتدیك و جماعتی موسلمانلارلا موباریزهیه چاغیران پاپی یئرینده اوتورتدوق؟» و بئله اولدو كی فرانسه لشكری نئچه آیدان سونرا قاهرهیه قدر قاباغا گئتدی.
Napoleonun bismillah ilə başlayan naməsi 1789-cü ilində fransanın savaş gəmiləri tulun limanından misrə tərəf yola düşdü. Bu gəmilər 5 min əskərlə və Napoleonun öz başçılığ ilə gecə iskəndəriyyə limanına yetişib və şəhəri fəth elədi. Napoleonun qəsdi varidi qahirəni fəth edə; buna görə qahirəyə hücum eləməmişdən qabaq bir elamiyyə yaydı ta misr cəmatı onun qarşısında müqavımət göstəməsin. Napoleonun elamiyyəsi belədir: «bəsmillaherrəhəmanerrəhim, laelahə ella allah, məhəmməd rəsul allah. Fransa millətinin adına ki öz binasını azadlıq və bilığa qoyub. Qədim zamanlardan sizin ölkəyə hökümət edən bəylər, fransa millətin təhqir edib və onların tacirlrinə işkəncə verirdilər. İndi allah rəbbəlaləminin iradəsi belədir ki onların sultanlığına son qoyula. Mən misr məmalikindən çox allaha və onun rəsuluna ehtiram qoyuram. onlara deyin ki allah məhzərində camaat arasında fərq yoxdur, məgər ağıl və insan və əxlaqi kəmallar və fəzilətlərə görə . . . Şeyxlər, qazilər və imamlar camaata itminan versinlər ki biz həqiqi müslmanıq. Məgər biz deyildik ki Rom şəhərinə getdik və camaatı müsəlmanlarla mübarizəyə çağıran Papı yerində otürtdüq?» Və belə oldu ki fransa qoşunu neçə aydan sonra qahirəyə qədər qabağa getdi. |