اوروجلوق آییندا ورزیشین ان موناسیب واختیOrucluq ayında idmanin ən münasib vaxtı
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
اوروجلوق آییندا آماتور ورزیشكارلار اوچون ان موناسیب واخت ایفطاردان 2-3 ساعت سونرادیر. یاخشیسی بودور كی ورزیشكارلار ایفطار زمانی قند و مایعاتی آز حجمده ایستیفاده ائلهسینلر و ایكی اوچ ساعتدن سونرا ورزیش ائلهسینلر و سونرا شام یئسینلر. البته ورزیش زمانی, ورزیشكارین بدنی و حرفهای اولماق سطحینهده قالیب, نیه كی دری آلتیندا موناسیب یاغی اولان ورزیشكارلار ایفطاردان بیر ساعت قاباقدا ورزیش ائلیه بیلرلر و ایفطار زمانی الدن گئدمیش سویو فوراً جوبران ائلیه بیلرلر. گون بویو ایكی دفعه ورزیش ائدن ورزیشكارلارا توصیه اولور اوروجلوق آییندا ورزیشلرینین حجمینی آزالتسینلار و تكجه بیر نوبهده كی بدن قودرتلری و لازیم اولان انرژیلری وار, ورزیش ائلهسینلر. ایفطارینان شام آراسیندا كی فاصیلهنی رعایت ائتمك چوخ موهومدور. موتأسیفانه جماعتیمیزین چوخو ایفطارلا شامی بیر یئرده یئییرلر. و بو مسأله -معده حجمینین گون بویو آزالماسینا گؤره- هضم موشكولو یارالدیر. یاخشیسی بودور كی ایفطارلا شام آراسیندا فاصیله وئرهسیز تا بدن شام یئمگه حاضیر اولا. موبارك اوروجلوق آییندا اوباشدانلیق اصلاً گرك ترك اولمایا, چونكی چوخ قورخولو نتیجهسی اولا بیلر. گرك دیقّت ائدك كی اینسانین بدنی, خاص فعالیتیده اولماسا, قان دولانما و عصبلر بؤلومونده فعالیت ائلیر و بو فعالیتلرین انرژی مصرفینه احتیاجی وار كی گرك اوباشدانلیقدا تأمین اولا و اوباشدانلیق یئییلمهسه اینسانین بدنی 20 ساعت انرژیسیز قالار. بو مودّتده بدنین قند و انرژی ذخیرهسی بوشالار و نئچه گون ایدامه تاپسا اینسانین بدنینه خطرلی نتیجهسی اولار.
Orucluq ayında idmanin ən münasib vaxtı orucluq ayında amator idmançılar üçün ən münasib vaxt iftardan 2-3 saat sonradır. .Yaxşısı budur ki idmançılar iftar zamanı şəkər və mayeatı az həcmdə istifadə eləsinlər və iki uç saatdan sonra idman eləsinlər və sonra şam yesinlər. Əlbəttə idman zamanı, idmançıların bədəni və peəkşar olmaq səviyyəsinə qalıb, niyə ki dəri altında münasib yağı olan idmançılar iftardan bir saat qabaq da idman eliyə bilərlər və iftar zamanı əldən getmiş suyu dərəhal cübran eliyə bilərlər. Gün boyu iki dəfə idman edən idmançılar a tövsiyə olur orucluq ayında idmanalrının həcmini azaltsınlar və təkcə bir növbədə ki bədən qüdərtləri və lazım olan enerjiləri var, idman eləsinlər. İftarınan şam arasındakı fasiləni rəayət etmək çox mühumdur. təəsülə camaatımızın çoxu iftarla şamı bir yerdə yeyirlər. Və bu məsələ -mədə həcminin gün boyu azalmasına görə- həzm problemi yaraldır. Yaxşısı budur ki iftarla şam arasında fasilə verəsiz ta bədən şam yeməyə hazır ola. Mübarək orucluq ayında obaşdanlıq qətiyyən gərək tərk olmaya, çünki çox qorxulu nəticəsi ola bılr. Gərək diqqət edək ki insanın bədəni, xas fəaliyyəti də olmasa belə, qan dolanma və əsəblər bölümündə fəalyyət elir və bu fəaliyyətlərin enerji məsrfinə ehtiyaci var ki gərək obaşdanlıqda təmin ola və obaşdanlıq yeyilməsə insanın bədəni 20 saat enerjisiz qalar. Bu müddətdə bədənin şəkər və enerji ehtiyatı boşalar və neçə gün davam etsə insanın bədəninə xətərli nəticəsi olar. . |