شیخ الرئیس ابن سینا*Şeyx əlreyis ibni sina
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : تاریخ
+0 به یه ن
ابن سینایا معروف اولان شیخ الرئیس، حجة الحق، شرف الملك، امام الحكماء، ابو علی حسین بن عبدالله بن سینا (1037- 980 میلادی) ایسلام دونیاسینین اَن بؤیوك مشایی فیلسوفی و طبیبیایدی. شیخ الرئیس كی اؤزو دگرلی اینسانیدی, 18 یاشیندا بلخ شهریندن همدانا گلدی. اونون كیتابلاری بونلاردان عیبارتدیر: شفا كیتابی كی تاریخ بویو ارزیشلی فلسفه كیتابلاریندان ساییلیر. هابئله اشارات و قانون كیتابی كی طبابت زمینهسیندهدیر. 1100 ایل بوندان قاباق او همدان شهرینین بیر گوشهسینده اوتوروب قانون كیتابین یازدی و ناخوشلوقلاری موعالیجهلریایله بیرلیكده توضیح وئردی. او معده مسألهسینه چاتاندا یازیر: اینسانین معدهسینین 10 جور دردی وار كی اونبیرینیجیسی هله تاپیلماییب! ابنسینانین موفقیت رمزی البته كی ابن سینانین بئینی بیزمكیندن آغیر دئییلدی. او دا معمولی بیر اینسان ایدی و بیزیمله فرقی بو ایدی كی عقلیندن ایستیفاده ائلهدی. ابن سینانین, قودرتلی خطیب و اخلاق اوستادی نظامالعلماء ایله گؤروشمهسی جالیبدی: نظامالعلماء كی ادبسیز و پخیل بیریسیایدی. بونونلا بئله كی ساوادلیدی و جامیعهده یاخشی علمی موقعیتی واریدی, آما ابن سینایا دؤزه بیلمیردی. او اؤز علمی قودرتیندن ایستیفاده ائدیب ابن سینانین كافیرلیگینه حؤكم وئردی. ابن سینا كی بؤیوك فیلسوفیدی نظام العلماءنین جوابیندا بئله یازیر: منیم كیمینین كافیرلیك حؤكمونو وئرمك بئله آسان ایش دئییل, چونكی منیم ایمانیمدان قَوی ایمان یوخدور. دونیادا منه تای تكجه من وارام و اگر منده كافیر اولسام یئر اوزونده موسلمان اولماز !
Şeyx əlreyis ibni sina ibni sinaya məruf olan şeyx əlreyəs, hoccətolhəq, şərəfəlmolk, imaməlhokəma, əbü əli hüseyn bin abdullah ibni sina (1037-980 miladi) islam dünyasının aən böyük məşayı fılsufı və həkimidi. Şeyx əlreyəs ki özü dəyərli insanıdı, 18 yaşında bəlx şəhərindən həmədana gəldi. Onun kitabları bunlardan ibarətdir: şəfa kitabı ki tarix boyu ərzişli fəlsəfə kitablarından sayılır. Habelə eşarat və qanun kitabı ki təbabt zəminəsindədir. 1100 il bundan qabaq o həmədan şəhərinin bir küncündə oturub qanun kitabın yazdı və xəstəlikləri müalıcəlri ilə birlikdə izah etdi. O mədə məsələsinə çatanda yazır: insanın mədəsinin 10 cür dərdi var ki onbirinicisi hələ tapılmayıb! Ibn sinanın müvvəfəqiyyət rəmzi əlbətə ki ibn sinanın beyni bizmkindən ağır deyildi. O da normal bir insan idi və bizimlə fərqi bu idi ki aqlindan istifadə elədi. ibn sinanın, qüdərtli xətib və əxlaq ustadı nezamol oləma ilə görüşməsi calibdir: nezamol oləma ki ədəbsiz və pəxil birisi idı. Bununla belə ki savadlı idi və ictamiyyətdə yaxşı elmi mövqeiyyəti varidi, amma ibn sinaya dözə bilmirdi. O öz elmi qüdərtindən istifadə edib ibn sinanın kafirliyinə hökm verdi. ibni sina ki böyük filsuf idi nezamol oləmanın cavabında belə yazır: mənim kiminin kafirlik hökmünü vermək belə asan iş deyil, çünki mənim imanımdan güclü iman yoxdur. Dünyada mənə tay təkəcə mən varam və əgər məndə kafir olsam yer üzundə müsəlman olmaz ! |