عالیملرین یئنی كشفی خستهلیكلرین دقیق تشخیصینه ایمكان وئرهجك.
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : ساغلاملیق
+0 به یه ن
عالیملرین یئنی كشفی خستهلیكلرین دقیق تشخیصینه ایمكان وئرهجك.
سوییس عالیملری آپاردیقلاری آراشدیرمالار نتیجهسینده هر بیر شخصین اؤزونهمخصوص ثابیت “نفس ایزی”نین اولدوغونو اورتایا چیخاریبلار.
سوییس فدرال تئكنیكی مؤسیسهنین تدقیقاتچیلارینین كؤنوللولر اوزرینده آپاردیقلاری تجروبهلر زامانی هر بیر اینسانا مخصوص آیری و شیمیایی نفس “ایز”اینین مؤوجودلوغو ثبوتا یئتیریلیب. تدقیقات پروسسی عرضینده هر بیر اینسانین نفس ایزینده كیچیك دییشیكلیكلرین مئیدانا گلدیگی، لاكین بو ایزین طیبّی مقصدلر اوچون ایستیفادهیه الوئریشلی درجهده ثابیت قالدیغی اؤیرنیلیب.
آراشدیرما نتیجهلرینین درج اولوندوغو “پلوس اونئ” ژورنالینداكی مقالهده تدقیقات قروپونون رهبری پروفسور «رئناتو زئنوبینین» خستهلرین نفس ایزینین اؤیرنیلمهسی ایله دوچار اولدوقلاری خستهلیكلره دقیق تشخیصین مومكون اولاجاغینی بیلدیردیگی قئید اولونوب. پروفسور یئنی كشفین خصوصیله آغجیگر خستهلیكلریندن اذیّت چكن اینسانلارین موعالیجهسینده مؤثّیر اولا بیلهجگینی دئییب.
هابئله عالیم نفس ایزینین بیر نئچه ثانیه عرضینده موعیّن اولوندوغونو، قان و سیدیك تحلیلینین نتیجهلرینین اؤیرنیلمهسی اوچون ایسه داها چوخ واخت صرف اولوندوغونو وورغولاییب.
alimlərin yeni kəşfi xəstəliklərin dəqiq diaqnozuna imkan verəcək.
“azerimuslims.com” türkiyə mətbuatına istinadən bildirir ki, isveçrə alimləri apardıqları araşdırmalar nəticəsində hər bir şəxsin özünəməxsus sabit “nəfəs izi”nin olduğunu ortaya çıxarıblar.
isveçrə federal texniki institutunun tədqiqatçılarının könüllülər üzərində apardıqları təcrübələr zamanı hər bir insana məxsus ayrı və kimyəvi nəfəs “iz”inin mövcudluğu sübuta yetirilib. tədqiqat prosesi ərzində hər bir insanın nəfəs izində kiçik dəyişikliklərin meydana gəldiyi, lakin bu izin tibbi məqsədlər üçün istifadəyə əlverişli dərəcədə sabit qaldığı öyrənilib.
araşdırma nəticələrinin dərc olunduğu “plos one” jurnalındakı məqalədə tədqiqat qrupunun rəhbəri prof. renato zenobinin xəstələrin nəfəs izinin öyrənilməsi ilə düçar olduqları xəstəliklərə dəqiq diaqnoz qoymağın mümkün olacağını bildirdiyi qeyd olunub. prof. yeni kəşfin xüsusilə ağciyər xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində effektiv ola biləcəyini deyib.
habelə alim nəfəs izinin bir neçə saniyə ərzində müəyyən olunduğunu, qan və sidik təhlilinin nəticələrinin öyrənilməsi üçün isə daha çox vaxt sərf olunduğunu vurğulayıb.