آتنده 15 مسجید اینشا ائدیله‌جك

+0 به یه ن

آتنده 15 مسجید اینشا ائدیله‌جك


موناقیصه باشا چاتدیقدان درحال سونرا یونان پایتختینده مركزی مسجیدین اینشاسینا باشلانیلا‌جاق
یونانین پایتختی آتن شهری‌نین شهرداری «یورقو كامینیس» موسلمانلارین عیبادت شرایطلری‌نین یاخشیلاشدیریلماسی ایقداملار چرچیوه‌سینده پایتختده 15 مسجیدین اینشا اولوناجاغینی دئییب. «آذری‌موسلیمز»ین وئردیگی خبره گؤره كامینیس، آتنده مركزی مسجیدین اینشا ائدیلمه‌سی مقصدیله یاخین گونلرده موناقیصه كئچیریلجگینی بیلدیرَ‌رَك، عبادت ائوینده 500-دك موسلمانین ناماز قیلا بیلجگینی قئید ائدیب. آتن شهرداری مركزی مسجیدین ایستیفاده‌یه وئریلمه‌سی ایله غیر قانونی فعالیِت گؤسترن عیبادت مكانلاریندا قایدا-قانون یارادیلاجاغینی بیلدیریب. معلومات اوچون دئیَك كی، پایتخت آتنده‌كی مسجیدده میناره اوجالدیلماسی نظرده توتولماییب

Afinada 15 məscid inşa ediləcək

 

Tender başa çatdıqdan dərhal sonra Yunanıstan paytaxtında mərkəzi məscidin inşasına başlanılacaq

 

   Yunanıstanın paytaxtı Afina şəhərinin meri Yorqo Kaminis müsəlmanların ibadət şəraitlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində paytaxtda 15 məscidin inşa olunacağını deyib. "Yeni Şərq"-in Azerimuslims-ə istinadən verdiyi xəbərə görə Kaminis Afinada mərkəzi məscidin inşa edilməsi məqsədilə yaxın günlərdə tender keçiriləcəyini bildirərək, ibadət evində 500-dək müsəlmanın namaz qıla biləcəyini qeyd edib. Afina meri mərkəzi məscidin istifadəyə verilməsi ilə qeyri-qanuni fəaliyyət göstərən ibadət məkanlarında qayda-qanun yaradılacağını bildirib. Məlumat üçün deyək ki, paytaxt Afinadakı məsciddə minarə ucaldılması nəzərdə tutulmayıb



  • [ ]