آزادلیق قانون چرچیوه‌سینده تعریف اولار*Azadlıq qanun çərçivəsində tərif olar

+0 به یه ن



ایمام خمینی(ره) بونا اینانیردیلار كی آزادلیق قانون چرچیوه‌سینده تعریف اولار, و بویوروردولار: دونیانین هر یئرینده بئله‌دیر كی هر میلتین كی آزادلیغی وار او اؤلكه‌نین قانونلاری چرچیوه‌سینده‌دیر. هئچ‌كس آزادلیق آدینا قانونی آیاقلایا بیلمز.

ایمام خمینی(ره) اندیشه آزادلیغینا, سالیم فضا یاراتماق ضرورتی باره‌ده دئییر: نیگرانچیلیغا باعیث اولان فی‌الجمله بودور (كی الآن جماعتین بوتون قیشرلری بیر جور آزادلیق احساس ائلیرلر), بو آزادلیقلا نه ائله‌مك ایستیریك؟ و بونا خاطیر, سیز آزادلیقلا بیزیم یانیمزا گلدیز حال ‌بوكی قاباقجادان گله بیلمزدیز. بیز آزادلیقلا سیزینله دانیشیریق و سیزده بیزیمله دانیشیرسیز. ایندی كی آزادیق, بوتون قئید بندلری قیرمالی‌ییق؟ آزاد اولان لحظه‌دن هر نه ایستیریك ائدك؟ یازاق؟ هر ایش گؤرك؟ آزادلیغین معناسی بودور كی جمهوری ایسلامی‌ده بوتون قئید بندلر گؤتورولسون؟ هر كس هر نه ایستیر ائله‌سین؟ حتّی اومّتین و ایسلامین و قورآنین خیلافینا اولسا. یا یوخ, ایسلامین بیزه وئردیگی آزادلیق اولا؛ ائله آزادلیق كی چرچیوه‌سی وار.

ایمام اینانیردیلار كی آزادلیق قانون چرچیوه‌سینده تعریف اولور و بویوروردولار: دونیانین هر یئرینده بئله‌دیر كی هر میلّتین كی آزادلیغی وار او اؤلكه‌نین قانونلاری چرچیوه‌سینده‌دیر. هئچ‌كس آزادلیق آدینا قانونی آیاقلایا بیلمز. آزادلیق بو دئییل كی مثلاً كوچه‌ده دوراسیز و رد اولانلارا یامان دئیه‌سیز, آللاه ائله‌مه‌میش آغاجینان ووراسیز و دئیه‌سیز من آزادام. بو دئییل كی قلم گؤتوره‌سیز و هر نه گؤیلوز ایستیر یازاسیز حتی ایسلام و قانون ضیدّینه.

ایمام خمینی (ره) آزادلیغی بیر ایلاهی ایمتحان بیلیردیلر و اینانیردیلار كی «ایندی آللاه بو آزادلیغی وئرماقلا بیزی ایمتحان ائلیر. بیر واخت ائلیه بیلمزدیز بیر ایش گؤره‌سیز. ایندی آللاه عینایت ائدیب كی آزادلیغا مانع اولانلار اؤلكه‌دن ایخراج اولوبلار. آللاه سیزی بو یارانمیش آزادلیقلا ایمتحان ائلیر. آللاهین نعمتلری بنده‌لرین امیتحانیدیر. گؤرك كی آللاهین بیزه وئردیگی نعمتی شوكران ائدیریك یوخسا كوفران. كوفران بودور كی آزادلیغیمیزی كیفیر ایشلره وسیله قرار وئرك. شوكران بودور كی آزادلیغی آللاه ایسته‌ین یولدا ایشله‌دك. بیزه وئریلن آزادلیق بیر ایلاهی پایدیر كی خیانت ائله‌سك ایمكانی وار آللاه وئردیگی پایی بیزدن آلا و بیز سابیق حالمیزا قاییداق. هامیمیز بو مسأله‌یه دیقّت ائله‌مه‌لی‌ییك كی یارانمیش آزادلیقدان سوءایستیفاده ائله‌مه‌یك. (جنوب ساحیللری خانیملاری جمعینده 12/4/58)

 

Azadlıq qanun çərçivəsində tərif olar

imam xumeyni(rə) buna inanırdılar ki azadlıq qanun çərçivəsində tərif olar, və buyururdular: dunyanın hər yerində belədir ki hər mıltın ki azadlığı var o ölkənin qanunları çərçivəsindədir. Heçkəs azadlıq adına qanunı ayaqlaya bilməz.

İmam xəmini(rə) əndişə azadlığına, salım fəza yaratmaq zərürti barədə deyir: nıgrançılığa baıs olan fıalcmlə budur (ki əlan cəmatın bütün qişərləri bir cur azadlıq əhsas elirlər), bu azadlıqla nə eləmək istirik? Və buna xatır, sız azadlıqla bizim yanımza gəldiz hal bukı qabaqcadan gələ bilməzədiz. Biz azadlıqla sizinlə danışırıq və sizdə bizimlə danışırsız. İndı ki azadıq, bütün qeyd bəndləri qırmalıyıq? Azad olan ləhəzədən hər nə istirik edək? Yazaq? Hər iş görk? Azadlığın mənası budur ki cəməhüri islamıdə bütün qeyd bəndlər götürülsün? Hər kəs hər nə istır eləsin? Hətti ummtın və islamın və quranın xılafına olsa. Ya yox, islamın bizə verdigi azadlıq ola; elə azadlıq ki çərçivəsi var.

İmam inanırdılar ki azadlıq qanun çərçivəsində təərif olur və buyururdular: dunyanın hər yerində belədir ki hər mılltın ki azadlığı var o ölkənin qanunları çərçivəsindədir. Heçkəs azadlıq adına qanunı ayaqlaya bilməz. Azadlıq bu deyil ki məsələn küçədə durasız və rəd olanlara yaman deyəsiz, allaə eləməmiş ağacınan vurasız və deyəsiz mən azadam. Bu deyil ki qəlm götürəsiz və hər nə göyəlüz istır yazasız həti islam və qanun ziddinə.

İmam xəmini (rə) azadlığı bir ilahı imthan bilirdilər və inanırdılar ki «indı allaə bu azadlığı vermaqla bizi imthan elir. Bir vaxt eliə bilməzədiz bir iş görəsiz. İndı allaə inayt edib ki azadlığa mane olanlar ölkədən ixrac ulublar. Allaə sızı bu yaranmış azadlıqla imthan elir. Allaəin nəəmətləri bəndələrin əmıthanıdır. Görk ki allaəin bizə verdigi nəəməti şukran edirik yoxsa kufran. Kufran budur ki azadlığımızı kıfır işlərə vəsilə qərar verk. Şukran budur ki azadlığı allaə istəin yolda işələdək. Bizə veriln azadlıq bir ilahı paydır ki xyant eləsk imkanı var allaə verdigi payı bizdən ala və biz sabıq halmıza qayıdaq. Hamımız bu məsələyə dıqqt eləməliyyk ki yaranmış azadlıqdan suءaystıfadə eləməyk. (Cənub sahılləri xanımları cəmində 12/4/58)

+ نوشته شده در  Sat 28 Jul 2012ساعت 10:16 AM  توسط عبدالصمد ملكی əbdüssəməd məliki  |  نظر بدهیدcomments



  • [ ]