دونیانین اَن دهشتلی بازاری*Dünyanın ən dəhşətli bazarı
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : اجتماعی
+0 به یه ن
بورا سیلاح و توپ-توفنگ بازاری دئییل بلكه معمولی بازاردیر كی ساتانلار و آلانلار همیشه ازیلماق خطریایله اوز به اوزدولر. تایلند پایتختی بانكوكون یاخینلیغیندا بیر ترهبار بازاریندا جماعت همیشه قاطار آلتیندا قالماق خطریندهدیلر چونكی قاطار بو بازارین دوز اورتاسیندان كئچیر. بو منطقه جماعتینین جان بلاسی اولان بو قاطار نه آز نه چوخ گونده 8 دفعه ساتیجیلار و آلیجیلارین اعصابی و آلیش-وئریشینه قوناق اولور. چوخ واختلار بو قاطار میوهلر و گؤیلرین اوستوندن گئدیر. البته بو مسأله قاطارین سرنشینلری و بازار جماعتی اوچون طبیعی و عادی بیر مسألهیه چئوریلیب آما توریستلر بونو گؤرنده چوخ قورخورلار. قاطارین سسین ائشیدنده هامی نئچه دقیقهلیگه وساییلینی ییغیشدیریب كنارا چكیلیر كی قاطار دا اؤز ایشینه یئتیشسین. قاطار سووشاندان سونرا هامی یئرینه قاییدیر. ائلهبیل كی هئچ, قاطار گلیب گئتمهییب. قاطارین سورعتی ساعتده 15 مایل اولور. بللی دئییل بازار قاطار یولو اوستونده دوزهلیب یوخسا قاطارین سونرادان یولو بازاردان دوشوب.
Dünyanın ən dəhşətli bazarı
bura silah və top-tüfəng bazarı deyil bəlkə adı bazardır ki satıcılar və alıcılar həmişə əzilmək xətərilə üz bə üzdülər. Taylənd paytaxtı bankokun yaxınlığında bir tərəvəz bazarında cəmaat həmişə qatar altında qalmaq xətərindədirlər çünki qatar bu bazarın düz ortasından keçir. Bu məntəqə cəmatının can bəlası olan bu qatar nə az nə çox gündə 8 dəfə satıcılar və alıcıların əsəbləri və alış-verişinə qunaq olur. Çox vaxtlar bu qatar meyvələr və tərəvəzlərin üstündən gedir. Əlbəttə bu məsələ qatarın sərnişinləri və bazar camaatı üçün təbii və adı bir məsələyə çevərilib amma turistlər bunu görəndə çox qorxurlar. Qatarın səsin eşidəndə hamı neçə dəqiqəliyə vəsayilini yığışdırıb kənara çəkilir ki qatar da öz işinə yetişsin. Qatar sovuşandan sonra hamı yerinə qayıdır. Elə bil ki heç, qatar gəlib getəməyib. Qatarın sürəti saatda 15 mayl olur. Bəlli deyil bazar qatar yolu üstündə düzəlib yoxsa qatarın sonradan yolu bazardan düşüb. |