اوروجلوغون اونونجو گونون دعاسی*orucluğun onuncu günün duası
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
ائی آللاه منی بو آیدا سنه توكّول ائدنلردن ائت، و سنین یانیندا كاما چاتانلاردان و اوغور الده ائدنلردن ائت, و سنین درگاهینا یاخین اولانلاردان ائت، احسانینا خاطیر ائی آختارانلارین مقصدی!
اللهمّ اجْعلنی فیهِ من المُتوكّلین علیكَ واجْعلنی فیهِ من الفائِزینَ لَدَیْكَ واجْعلنی فیهِ من المُقَرّبینَ الیكَ بإحْسانِكَ یاغایَةَ الطّالِبین.
|
اورتا عصرلرده ایسلام دونیاسی فلسفه مركزیایدی*Orta əsirlərdə islam dünyası fəlsəfə mərkəzidi
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
ادامه مطلب yazının ardı |
||
|
اوروجلوغون دوققوزونجو گونون دوعاسی*orucluğun doqquzuncu günün duası
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
ائی
آللاه بو گونده منه اؤز گئنیش رحمتیندن پای وئر، منی اؤزونون پارلاق
دلیللرینه هیدایت ائت، هرطرفلی راضیلیغینا طرف سوق وئر، محبّتینه خاطیر ائی
حسرتینی چكنلرین آرزوسو! اللهمّ اجْعَلْ لی فیهِ نصیباً من رَحْمَتِكَ الواسِعَةِ واهْدِنی فیهِ لِبراهِینِكَ السّاطِعَةِ وخُذْ بناصیتی الى مَرْضاتِكَ الجامِعَةِ بِمَحَبّتِكَ یا أمَلَ المُشْتاقین. orucluğun doqquzuncu günün duası Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu! Allahumməc’əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi liburhanikəs-satiəti və хuz binasiyəti ila mərzatikəl-camiəti biməhəbbətikə ya əmələl-muştaqin! |
اوروجلوغون سككیزینجی گونون دوعاسی*orucluğun səkkizinci günün duası
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
ائی آللاه بو آیدا منه یئتیملره مهریبانچیلیغی، آجلارا طعام وئرمگی، سلامی آشكار ائتمگی و كرامت اهلی ایله اوتوروب-دورماغی نصیب ائله، عطالارینا خاطیر ائی آرزو ائدنلرین پناهی! اللهمّ ارْزُقنی فیهِ رحْمَةَ الأیتامِ وإطْعامِ الطّعامِ وإفْشاءِ السّلامِ وصُحْبَةِ الكِرامِ بِطَوْلِكَ یا ملجأ الآمِلین.
Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin! |
اوروجلوق آییندا ورزیشین ان موناسیب واختیOrucluq ayında idmanin ən münasib vaxtı
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
اوروجلوق آییندا آماتور ورزیشكارلار اوچون ان موناسیب واخت ایفطاردان 2-3 ساعت سونرادیر. یاخشیسی بودور كی ورزیشكارلار ایفطار زمانی قند و مایعاتی آز حجمده ایستیفاده ائلهسینلر و ایكی اوچ ساعتدن سونرا ورزیش ائلهسینلر و سونرا شام یئسینلر. البته ورزیش زمانی, ورزیشكارین بدنی و حرفهای اولماق سطحینهده قالیب, نیه كی دری آلتیندا موناسیب یاغی اولان ورزیشكارلار ایفطاردان بیر ساعت قاباقدا ورزیش ائلیه بیلرلر و ایفطار زمانی الدن گئدمیش سویو فوراً جوبران ائلیه بیلرلر. گون بویو ایكی دفعه ورزیش ائدن ورزیشكارلارا توصیه اولور اوروجلوق آییندا ورزیشلرینین حجمینی آزالتسینلار و تكجه بیر نوبهده كی بدن قودرتلری و لازیم اولان انرژیلری وار, ورزیش ائلهسینلر. ایفطارینان شام آراسیندا كی فاصیلهنی رعایت ائتمك چوخ موهومدور. موتأسیفانه جماعتیمیزین چوخو ایفطارلا شامی بیر یئرده یئییرلر. و بو مسأله -معده حجمینین گون بویو آزالماسینا گؤره- هضم موشكولو یارالدیر. یاخشیسی بودور كی ایفطارلا شام آراسیندا فاصیله وئرهسیز تا بدن شام یئمگه حاضیر اولا. موبارك اوروجلوق آییندا اوباشدانلیق اصلاً گرك ترك اولمایا, چونكی چوخ قورخولو نتیجهسی اولا بیلر. گرك دیقّت ائدك كی اینسانین بدنی, خاص فعالیتیده اولماسا, قان دولانما و عصبلر بؤلومونده فعالیت ائلیر و بو فعالیتلرین انرژی مصرفینه احتیاجی وار كی گرك اوباشدانلیقدا تأمین اولا و اوباشدانلیق یئییلمهسه اینسانین بدنی 20 ساعت انرژیسیز قالار. بو مودّتده بدنین قند و انرژی ذخیرهسی بوشالار و نئچه گون ایدامه تاپسا اینسانین بدنینه خطرلی نتیجهسی اولار.
Orucluq ayında idmanin ən münasib vaxtı orucluq ayında amator idmançılar üçün ən münasib vaxt iftardan 2-3 saat sonradır. .Yaxşısı budur ki idmançılar iftar zamanı şəkər və mayeatı az həcmdə istifadə eləsinlər və iki uç saatdan sonra idman eləsinlər və sonra şam yesinlər. Əlbəttə idman zamanı, idmançıların bədəni və peəkşar olmaq səviyyəsinə qalıb, niyə ki dəri altında münasib yağı olan idmançılar iftardan bir saat qabaq da idman eliyə bilərlər və iftar zamanı əldən getmiş suyu dərəhal cübran eliyə bilərlər. Gün boyu iki dəfə idman edən idmançılar a tövsiyə olur orucluq ayında idmanalrının həcmini azaltsınlar və təkcə bir növbədə ki bədən qüdərtləri və lazım olan enerjiləri var, idman eləsinlər. İftarınan şam arasındakı fasiləni rəayət etmək çox mühumdur. təəsülə camaatımızın çoxu iftarla şamı bir yerdə yeyirlər. Və bu məsələ -mədə həcminin gün boyu azalmasına görə- həzm problemi yaraldır. Yaxşısı budur ki iftarla şam arasında fasilə verəsiz ta bədən şam yeməyə hazır ola. Mübarək orucluq ayında obaşdanlıq qətiyyən gərək tərk olmaya, çünki çox qorxulu nəticəsi ola bılr. Gərək diqqət edək ki insanın bədəni, xas fəaliyyəti də olmasa belə, qan dolanma və əsəblər bölümündə fəalyyət elir və bu fəaliyyətlərin enerji məsrfinə ehtiyaci var ki gərək obaşdanlıqda təmin ola və obaşdanlıq yeyilməsə insanın bədəni 20 saat enerjisiz qalar. Bu müddətdə bədənin şəkər və enerji ehtiyatı boşalar və neçə gün davam etsə insanın bədəninə xətərli nəticəsi olar. . |