ناپلئونون بسمالله ایله باشلایان نامهسی*Napoleonun bismillah ilə başlayan naməsi
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
1789-جی ایلینده فرانسهنین ساواش گمیلری تولون بندریندن مصره طرف یولا دوشدو. بو گمیلر 5 مین سربازلا و ناپلئونون اؤز باشچیلیغ ایله گئجه اسكندریه بندرینه یئتیشیب و شهری فتح ائلهدی. ناپلئونون قصدی واریدی قاهرهنی فتح ائلیه؛ بونا گؤره قاهرهیه حمله ائلهمهمیشدن قاباق بیر اعلامیه یایدی تا مصر جماعتی اونون قاباغیندا موقاویمت ائلهمهسین. ناپلئونون اعلامیهسی بئلهدیر: «بسم الله الرحمن الرحیم، لاالله الا الله، محمد رسول الله. فرانسه میلّتینین آدینا كی اؤز بیناسینی آزادلیغا و برابرلیگه قویوب. قدیم زمانلاردان سیزین اؤلكهیه حكومت ائدن بیگلر, فرانسه میلّتین تحقیر ائدیب و اونلارین تاجیرلرینه شیكنجه وئریردیلر. ایندی الله رب العالمینین ایرادهسی بئلهدیر كی اونلارین سولطانلیغینا سون قویولا. من مصر ممالیكیندن چوخ آللاها و اونون رسولونا احتیرام قویورام. اونلارا دئیین كی آللاه محضرینده جماعت آراسیندا فرق یوخدور, مگر عقل و اینسان و اخلاقی كماللار و فضیلتلره گؤره . . . شئیخلر, قاضیلر و ایماملار جماعته ایطمینان وئرسینلر كی بیز واقعی موسلمانیق. مگر بیز دئییلدیك كی رم شهرینه گئتدیك و جماعتی موسلمانلارلا موباریزهیه چاغیران پاپی یئرینده اوتورتدوق؟» و بئله اولدو كی فرانسه لشكری نئچه آیدان سونرا قاهرهیه قدر قاباغا گئتدی.
Napoleonun bismillah ilə başlayan naməsi 1789-cü ilində fransanın savaş gəmiləri tulun limanından misrə tərəf yola düşdü. Bu gəmilər 5 min əskərlə və Napoleonun öz başçılığ ilə gecə iskəndəriyyə limanına yetişib və şəhəri fəth elədi. Napoleonun qəsdi varidi qahirəni fəth edə; buna görə qahirəyə hücum eləməmişdən qabaq bir elamiyyə yaydı ta misr cəmatı onun qarşısında müqavımət göstəməsin. Napoleonun elamiyyəsi belədir: «bəsmillaherrəhəmanerrəhim, laelahə ella allah, məhəmməd rəsul allah. Fransa millətinin adına ki öz binasını azadlıq və bilığa qoyub. Qədim zamanlardan sizin ölkəyə hökümət edən bəylər, fransa millətin təhqir edib və onların tacirlrinə işkəncə verirdilər. İndi allah rəbbəlaləminin iradəsi belədir ki onların sultanlığına son qoyula. Mən misr məmalikindən çox allaha və onun rəsuluna ehtiram qoyuram. onlara deyin ki allah məhzərində camaat arasında fərq yoxdur, məgər ağıl və insan və əxlaqi kəmallar və fəzilətlərə görə . . . Şeyxlər, qazilər və imamlar camaata itminan versinlər ki biz həqiqi müslmanıq. Məgər biz deyildik ki Rom şəhərinə getdik və camaatı müsəlmanlarla mübarizəyə çağıran Papı yerində otürtdüq?» Və belə oldu ki fransa qoşunu neçə aydan sonra qahirəyə qədər qabağa getdi. |
تبریزین گؤی مسجیدی آللاه قوناقلارین قبول ائدیر*Təbrizin göy məscidi allah qonaqların qəbul edir
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
ایسلام دونیاسینین فیروزهسینده ناماز قیلانلارین شكوهلی نوماییشیایله تبریزین گؤی مسجیدی آللاه قوناقلارین قبول ائلیر. جهانی میراث لیستینده ثبت اولموش تبریزین گؤی مسجیدی تعمیرینین بیر قیسمتی قورتولسا, بو مسجید فرهنگی و هونری دینی برنامهلر اینن قوناقلاری قبول ائلیهجك. گوندهلیك قیلینان ناهار نامازلاری بو مسجیدین ثابیت برنامهلریندندیر. تبریزین گؤی مسجیدی 870 هیجری قمری و 1465 میلادی ایلینده و قرهقویونلولارین ان قودرتلی پادیشاهی سولطان جهانشاه زمانی و اونون قیزی صالحه خانیمین امریایله دوزلیب و ایسلام دونیاسینین فیروزهسینه مشهور اولوب و تایسیز گؤزللیك و معمارلیغینا گؤره هر ایل چوخلو توریست, دونیانین هر طرفیندن اونو گؤرمگه گلیرلر.
Təbrizin göy məscidi allah qonaqların qəbul edir islam dünyasının firuzəsində namaz qılanların əzəmətli nümayişi ilə Təbrizin göy məscidi allah qonaqların qəbül elir. Dünya miras siyahısında qeyd olmuş təbrizin göy məscidi təmirinin bir qismi qurtulsa, bu məscid mədəni və inc sənət-dini layihələr ilə qonaqları qəbül edəcak. Gündəlik qılınan nahar namazları bu məscidin sabit layihələrindəndir. Təbrizin göy məscidi 870 hicəri qəməri və 1465 miladi ilində və qərə qoyunluların ən qüdrətli padişahı sultan cahanşah dövrü və onun qızı salihə xanımın əmri ilə düzəlib və islam dünyasının firüzəsinə məşəhur olub və taysız gözəllik və memarlığına görə hər il çoxlu turist, dünyanın hər tərəfindən onu görməyə gəlirlər. |
جنجاللی سئریالی محكوم ائدن فتوا*Cəncallı seriyali məhəkum edən fətva
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
«عمر بن خطاب» بیر تاریخی سئریالدیر كی 31 قیسمتده حاضیرلانیب و «امبیسی»دن یاییلیر. بو سئریال ایكینجی خلیفهنین یاشاییشین ریوایت ائلیر و اونون اورتا دوغودا پخش اولماسی مینلر نفرین اعتیراضینا باعیث اولوب. اعتیراض بونا خاطیردیر كی فیلیمده پیغمبرین و اونون اصحابینین نوماییش طرزی ایسلام قانونلارینین ضیدّینهدیر. بو سئریال عرب دونیاسینین ان بؤیوك تلویزیون محصولو ساییلیر. سئریالدا 30 مین نفردن آرتیق عادی جماعتین حضورو واردیر و فیلمین عامیللری 10 اؤلكهدن بیر یئره ییغیشیبلار و سئریالین 31 قیسمتی 300 گونده چكیلیب. سئریال رمضان آیی آنتئنه گئتدی و اورتا دوغودا بو فصلین ان چوخ باخیلان سئریالی ساییلیر. مصرین الازهر دانیشگاهی بو سئریالین علئهینه بیر فتوا وئریب و اوندا شخصیتلرین نوماییش طرزینی گوناه میصداقی ساییب. عربستانین دارالافتاءسی كی عربستانین رسمی فتوا مركزی ساییلیر هلهكی بو بارهده فتوا وئرمهییب. پیغمبر(ص) و آیری ایسلامی شخصیتلرین چؤهرهسینی نوماییش وئرمك قورآندا منع اولماسا دا ایسلام عالیملرینین چوخو بو ایشی جاییز بیلمیرلر. اورتا دوغودا مینلر نفر بو سئریالا اعتیراض ائدیبلر و اونون نوماییشینین دایاندیرلماسینی ایستهییبلر. سئریالی حاضیرلایانلار اؤزلریندن دیفاع ائدیب دئییبلر كی ایسلام روحانیلرین چوخو فیلمین ریوایت طرزینی تأیید ائدیبلر. ایشاره ائلهمك یاخشیدیر كی عربستاندا مذهبی فیلم دوزلدنده, اوّلده اونو الازهره گؤندهررلر تا او دانیشگاهین تأییدیندن سونرا آنتنه گئده آما بو فیلیمده بو ایش گؤرولمهییب. قراردی بو فیلیم تركیه شبكهلرینهده گئتسین.
Cəncallı seriyali məhəkum edən fətva «omər bin xəttab» bir tarixi seriyaldır kı 31 qismətdə hazırlanıb və «MBC»dən yayılır. Bu seriyal ikinci xəlifənin yaşayışın rəvayət elir və onun orta duğuda yayılması minlər nəfərin etirazına səbəb olub. etiraz buna xatirdir ki filimdə peyğəməbərin və onun əshabının numayiş tərzi islam qanunlarının ziddinədir. Bu seriyal ərəb dünyasının ən böyük televizya məhsulu sayılır. Seriyalda 30 min nəfərdən artıq adi camaatın hüzuru vardır və filmin amilləri 10 ölkədən bir yerə yığışıblar və seriyalın 31 qisməti 300 gündə çəkilib. Seriyal ramazan ayı antenə getdi və orta doğuda bu fəslin ən çox baxılan seriyali sayılır. Misrin ələzhər uneversitəti bu seriyalin əleyhinə bir fətva verib və onda şəxsiyyətlərin nümayiş tərzini günah musdaqı sayıb. Ərəbistanın darolefta’sı ki Ərəbistanın rəsmi fətva mərkəzi sayılır hələki bu barədə fətva verməyib. Peyğəmbər(s) və ayrı islami şəxsiyyətlərin çöhərəsini nümayış vermək quranda mən olmasa da islam alimlərinin çoxu bu işi cayiz bilmirlər. Orta duğuda minlər nəfər bu seriyala e’tiraz ediblər və onun nümayışinin dayandırılmasını istəyiblər. Seriyalı hazırlayanlar özlərindən müdafiə edib deyiblər ki islam ruhanilərin çoxu filmin rəvayt tərzini təyid ediblər. İşarə etmək yaxşıdır ki Ərəbistanda dini film düzəldəndə, əvvəldə onu ələzhərə göndərərlər ta o universitətin təyidindən sonra antenə gedə. amma bu filimdə bu iş görülməyib. Qərardı bu filim türkiyə kanallarında yayılsın. |
ان اوزون و ان قیسا اوروج زمانی هانسی اؤلكهلرده اولور*Ən uzun və ən qısa oruc zamanı hansı ölkələrdə
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
بو ایل آرژانتین موسلمانلاری دوققوز ساعت یاریم و دانمارك موسلمانلاری ایرمی بیر ساعت اوروج توتماقلا ان قیسا و ان اوزون اوروج زمانینی اؤزلرینه ایختیصاص وئریبلر. بحرینین اخبارالخلیج روزنامهسینین وئردیگی گوزاریشه گؤره, دانمارك موسلمانلاری ایرمی بیر ساعت اوروج توتماقلا ان اوزون اوروج زمانینی اؤزلرینه ایختیصاص وئریبلر آما آرژانتین موسلمانلاری دوققوز ساعت یاریم اوروج توتاجاقلار چونكی اونلار آمریكا قارّهسینین جنوبی یاریم كورهسینده یئرلشیرلر. آما روسیهنین شیمالینداكی موسلمانلار و مخصوصاً «مورمانسك» شهرینین ساكینلری بو ایل آغ گئجهلریاله اوز به اوز اولوبلار نیه كی اوردا گوندوز 24 ساعتدیر و بیر لحظه ده گئجه اولمور و روسیهنین شیمالینداكی موسلمانلاری اوباشدانلیق و ایفطارلارین گونشین گؤیده اولدوغو زمان یئییرلر. بو منطقهده بو طبیعی مسألهیه گؤره ایسلام عالیملری اوروج زمانلارینی 20 ساعت موشخص ائدیبلر.
Ən uzun və ən qısa oruc zamanı hansı ölkələrdə olur bu il arjantin müsəlmanları doqquz saat yarım və danmark müsəlmanları irmi bir saat oruc tutmaqla ən qısa və ən uzun oruc zamanını özəlrinə ixtisas veriblər. Bəhrreynin əxbarəlxəlic qəzetəsinin verdiyi məlumata görə, danmark müsəlmanları irmi bir saat oruc tutmaqla ən uzun oruc zamanını özəlrinə ixtisas veriblər amma arjantin müsəlmanları düqquz saat yarım oruc tutacaqlar çünki onlar amerika qitəsinin cənubi yarım kürəsində yerləşirlər. Amma rusyanın şimalındakı müsəlmanlar və məxəsüsən «murmansk» şəhərinin sakinləri bu il ağ gecəlrlə üzbəüz olublar niyə ki orda gündüz 24 saatdır və bir ləhzə də gecə olmur və rusyanın şimalındakı müsəlmanları obaşdanlıq və iftarların günəşin göydə olduğu zaman yeyərlər. Bu məntəqədə bu təbii məsələyə görə islam alimləri oruc zamanlarını 20 saat müəyyən ediblər. |
اوروجلوغون یئددینجی گونون دوعاسی*orüclüğün yeddinci günün duası
یازار : میرزه عبدالصمد ملکی | بؤلوم : دین
+0 به یه ن
آللاهیم، منه بو گونون اوروجونو توتماغا و عبادت ائدهرك گئجهسینی اویاق قالماغا كؤمك ائت، و بو گونده اونون گوناه و بودرمهلردن اوزاقلاشدیر، سنی داواملی ذیكر ائتمگی منه قیسمت ائله، ایستدیگینی موفّق ائتمگینه خاطیر ائی یولونو آزمیشلارین بلدچیسی
اللهمّ اعنّی فیهِ على صِیامِهِ وقیامِهِ وجَنّبنی فیهِ من هَفَواتِهِ وآثامِهِ وارْزُقْنی فیهِ ذِكْرَكَ بِدوامِهِ بتوفیقِكَ یا هادیَ المُضِلّین.
orüclüğün yeddinci günün
duası |